Orjinal Araştırma Makalesi | Anadolu Türk Eğitim Dergisi 2024, Cil. 6(1) 166-171
Kifayət Huseynova
ss. 166 - 171 | DOI: https://doi.org/10.29329/ated.2024.665.19 | Makale No: MANU-2402-21-0002.R1
Yayın tarihi: Haziran 05, 2024 | Okunma Sayısı: 15 | İndirilme Sayısı: 57
Özet
İşlədiyimiz mövzu müasir müəllimin formalaşmasında etik və pedaqoji ideyaların və mənəvi əqidənini böyük rol oynamasından bəhs edir. Mövzuda əsasən ictimai mühütün müəllim şəxsiyyətinin inkişafında və formalaş-masında mühüm amil kimi çıxış etməsi qeyd olunmuşdur.
İnsan şəxsiyyətinin formalaşmasına təsir edən irsiyyət, mühit və tərbiyə amillərinin qarşılıqlı münasibəti mətndə mühüm rol oynayır.
Burada həmçinin müəllim -şagird münasibətlərinin mahiyyəti və məzmunu, müəllimin pedaqoji fəaliyyəti, maarifçi, həm pedaqoq, həm də psixoloq olması qeyd olunmuşdur. Müəllim şagirdin yaxın köməkçisi olmalı, tərbiyə prosesində şagird üçün ideala çevrilməlidir.
Mövzuda dahi pedaqoqların fikirlərindən istifadə edilmişdir. Pedaqoqlardan Y.Talıbov, Makarenko, Komenski, Suxomlinski və başqalarının pedaqoji etika haqqında məqalədə bir çox maraqlı fikirləri vardır. Suxomlinski “Ürəyimi uşaqlara verirəm” əsərində pedaqoji etika və estetika barədə çox geniş ideyalar irəli sürmüşdür. İşlədiyimiz məqalədə müəllim şəxsiyyətinin formalaşmasında pedaqoji etikanın və mənəvi tərbiyənin əsas rol oynadığı da vurğulanmışdır.
Müəllim mənəvi münasibətlər dünyasında səhvə yol verə bilməz. Ona görə ki, müəllimin kiçik bir nöqsanı, kiçik bir hərəkəti şagirdlərin gözündən qaçmır. Müəllimin səsindəki titrəyiş, ahəng, sərtlik və s uşağa dərhal təsir edir.
Müəllim üçün bütün uşaqlar əziz olmalıdır. Müəllimin təbəssümü və sevinci şagirdlərin qəlbində xeyirxahlıq, insanlıq münasibətləri, məhəbbət gözlərində isə qığılcım yaradır. Müəllim peşəsi bütün peşələrin anası hesab olunur. Müəllim gənc nəsli həyata hazırlayır. Müəllim sadəlik, təvazökarlıq, nəzakət, mənəvi saflıq, ideallıq rəmzidir. Müəllim nəsillərin ömrünü bir-birinə qaynaq edəndir. Müəllim bilməlidir ki, nüfuzu öz zəhməti ilə, əməyi və biliyi sayəsində əldə edir. Müəllim əməyi məhsuldar əməkdir. Müəllimlərin atesstasiyası bir daha göstərir ki, qabaqcıl və işgüzar müəllimlər müasir dövrün tələblərinə tamamilə cavab verirlər.Onlar gənc nəslin təlim-tərbiyəsində yorulmaq bilmədən çalışırlar.
Anahtar Kelimeler: Müəllim, etik, pedaqoji, ideya, mənəvi, fəlsəfə, əqidə, iradə humanist, beynəlmiləl, peşə, psixologiya
Bu makaleye nasıl atıf yapılır? |
---|
APA 6th edition Harvard Chicago 16th edition |
Kaynakça |
---|
|