|  ISSN: 2687-5314

Volume 6 Issue 1 (Nahçıvan Özel Sayısı)

Sayı Bilgileri

Özel Sayı Jenerik Sayfası ve Editör Notları

Doç. Dr. Recep KAHRAMANOĞLU Doç. Dr. Taleh HALİLOV

ss. i - vi   |  DOI: 10.29329/ated.2024.665

Özet

Sevgili Okuyucular,

Bu yıl, Nahçıvan Özerk Cumhuriyeti’nin 100. yılını kutlamak üzere, Nahçıvan’ın tarihini, kültürel gelişimini ve sosyo-politik etkilerini derinlemesine inceleyen özel bir sayımızı yayımlamaktan onur duyuyoruz. Nahçıvan, tarih boyunca dünya tarihine bilim ve kültür açısından önemli katkılarda bulunmuş, stratejik konumu nedeniyle önem kazanmış bir devlettir. Bu özel sayımızda, Nahçıvan’ın 100 yıllık serüvenini ve bu sürecin çeşitli boyutlarını ele alan değerli araştırma makalelerine yer veriyoruz.

Özel sayımızdayükseköğretim düzeyinde farklı disiplinlere ait birbirinden seçkin ve önemli başlıkları ele alan on dokuz makale bulunmaktadır. Bu makaleler, güncel konulara ışık tutmak, bilimsel araştırmalara dayalı bilgiler sunmak ve eğitimcilerin çalışmalarına katkıda bulunmak amacıyla özenle seçilmiştir.

Bu yeni sayının, Nahçıvan, Azerbaycan ve Türkiye’ninuluslararası literatüre önemli katkı sağlayacağını ve bilimsel camiada yenilikleri takip eden okuyucularımız için önemli bir kaynak olacağını umuyoruz. Siz değerli okuyucularımızı bu zengin içeriği keşfetmeye ve eğitim alanında yapılan çalışmalara katkı sağlamaya davet ediyoruz.

Dear readers,

This year, we are honored to publish a special issue dedicated to the 100th anniversary of the Nakhchivan Autonomous Republic, exploring its history, cultural development, and socio-political impacts in depth. Nakhchivan has made significant contributions to world history in terms of science and culture and has gained importance due to its strategic position. In this special issue, we present valuable research articles that address the 100-year journey of Nakhchivan and various aspects of this process.

Our special issue includes nineteen articles that cover distinguished and important topics from different disciplines at the higher education level. These articles have been carefully selected to shed light on current issues, provide information based on scientific research, and contribute to the work of educators.

We hope that this new issue will make a significant contribution to the international literature of Nakhchivan, Azerbaijan, and Turkey and will serve as an important resource for our readers who follow innovations in the scientific community. We invite our esteemed readers to explore this rich content and contribute to the studies conducted in the field of education.

Doç. Dr. Recep KAHRAMANOĞLU

 

TƏŞƏKKÜR

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, m ədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olmuşdur. 

Azərbaycan ilə Türkiyəarasında dostluq qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm iki tərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilmişdir.

Azərbaycan - Türkiyə mədəni əlaqələrinin ən  mühüm əhəmiyyət kəsb edən və nəticələri  daha aydın görünən istiqamətlərindən biri də elm sahəsidir. Bu  baxımdan da akademik nəşriyyat sahəsində öz xüsusi yerini tutan  Anadolu Türk Təhsil Jurnalı (ATED) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı üçün məqalə qəbulu elanı vermiş və təhsilin müxtəlif sahələrini əhatə edən 19 elmi məqaləni qəbul etmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış layihəsinin həyata keçirilməsində Anadolu Türk Təhsil Jurnalı (ATED) baş redaktoru Dr.Recep Kahramanoğlu olmaqla jurnalın xüsusi buraxılışına məqalə göndərən müəlliflərə, məqalələri yoxlayan hakimlərə, jurnalın redaksiya heyətinin üzvlərinə və jurnalın hazırlanmasında emeği geçenlere təşəkkür edirəm.

Günü-gündən güclənə n, elm sahəsində sürətlə inkişaf edən və müntəzəm olaraq nəşr edilən Anadolu Türk Təhsil Jurnalı (ATED) sizlərin dəyərli elmi araşdırmalarını oxuculara çatdırmaq üçün tezliklə yeni-yeni layihələrlərlə qarşınızda olacaq.

THANK YOU

The Azerbaijan-Turkey relationship, built on historical friendship, mutual trust, sincere relations, and high-level cooperation, continues to strengthen. Our peoples, sharing the same ancestry, language, religion, culture, and many other common bonds, have always been close, standing by each other in both happy and sorrowful times.

The friendship and brotherhood between Azerbaijan and Turkey are developing successfully, encompassing all areas, and this cooperation is yielding very positive results. The brotherhood and joint activities of Turkey and Azerbaijan have become a very important factor both bilaterally and regionally.

One of the most important and visible aspects of Azerbaijan-Turkey cultural relations is the field of science. In this context, the Anatolian Turkish Journal of Education (ATED), which holds a special place in academic publishing, announced the acceptance of articles for the special issue dedicated to the 100th anniversary of the Nakhchivan Autonomous Republic, accepting 19 scientific articles covering various educational fields.

I extend my gratitude to Dr. Recep Kahramanoğlu, the Chief Editor of Anatolian Turkish Journal of Education (ATED), to the authors who submitted their articles for the special issue, to the editorial, scientific, and advisory board members, and to the reviewers. I also thank those responsible for the journal and the professors who prepared this special edition dedicated to the 100th anniversary of the Nakhchivan Autonomous Republic.

Anatolian Turkish Journal of Education (ATED), which is rapidly growing in the field of science and published regularly, will soon be presenting new projects to bring your valuable scientific research to its readers.

Doç.Dr.Taleh XƏLİLOV

Anahtar Kelimeler:

Orjinal Araştırma Makaleleri

Azərbaycanda Təhsilin Modernləşdirilməsi: Problemlər və Perspektivlər

Salatin Haciyeva

ss. 1 - 10   |  DOI: 10.29329/ated.2024.665.1

Özet

Azərbaycan təhsil siyasətinin əsas vəzifəsi onun fundamentallığının qorunması, şəxsiyyətin, cəmiyyətin və dövlətin aktual və perspektiv tələbatlarının nəzərə alınması əsasında təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Təhsilin modernləşdirilməsi siyasi və ümummilli məsələdir. Cəmiyyətin və dövlətin təhsil sahəsində maraqları təhsil sisteminin bu sahədə öz maraqları ilə həmişə üst- üstə düşmür və buna görə də təhsilin modernləşdirilməsi və inkişafı istiqamətlərinin müəyyənlənləşdirilməsi təhsil ictimaiyyəti və təhsil şöbələri çərçivəsində məhdudlaşdırıla bilməz. Azərbaycan cəmiyyətinin bütün vətəndaşları, ailə və valideyn cəmiyyətləri, dövlət hakimiyyət orqanları, yerli özünüidarəetmə orqanları, peşə - pedaqoji ictimaiyyət, elmi, mədəni, kommersiya və ictimai institutlar bütövlükdə təhsil siyasətinin fəal subyektlərinə çevrilməlidir. Təhsilin modernləşdirilməsinin əsas məqsədi təhsil sisteminin davamlı inkişafı mexanizmini yaratmaqdır.    Müasir şəraitdə təhsilin rolunun artması onunla bağlıdır ki, postindustial dövrdə sosial – iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilən insan kapitalının inkişafını və yenidən istehsalını təmin edir. Psixoloji və pedaqoji anlayışlara əsasən insan kapitalı mütəxəssisin sosial və peşəkar səriştəsi kimi müəyyən edilə bilər. Bu, müxtəlif şəxsi və peşə vəzifələrini məsuliyyətlə və səmərəli həll etməyə hazırlıq və qabiliyyəti təmin edən bilik və təcrübə, dəyərli şəxsi – peşə keyfiyyətləri kimi ortaya çıxır. A. Mehrabovun vurğuladığı kimi, təhsilin modernləşdirilməsinin əsas istiqamətlərindən biri də insan kapitalının inkişafı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə insan kapitalı milli sərvətin 70-80 %-ni təşkil edir. Bu da həmin ölkələrdə gənclərin, eləcə də əhalinin hamısının həyat boyu təhsillənməsinin inkişafını ön plana çəkir.

Anahtar Kelimeler: Açar sözlər: təhsil, modernləşmə, müasir dövr, inkişaf, cəmiyyət

Ali Təhsil Müəssisələrində Geyim Tərzinin Tələbələrin Təlim-Tərbiyəsinə Təsiri

Solmaz Cabbarova & Nigar Babayeva

ss. 11 - 21   |  DOI: 10.29329/ated.2024.665.2

Özet

Xülasə
Bu araşdırma geyim tərzinin əhəmiyyətini, həyatın müxtəlif sahələrinə təsirini, tələbələrin geyim seçimləri ilə onların ali təhsil müəssisələrində akademik performansları və təhsil təcrübələri arasında çoxşaxəli əlaqənin olub- olmamasını araşdırır. Mövcud ədəbiyyatın və tədqiqatların hərtərəfli nəzərdən keçirilməsi yolu ilə bu məqalə geyim kodlarının tələbələrin özünə hörmət, özünə
inam, sosial qarşılıqlı əlaqə və peşəkarlıq qavrayışına potensial təsirini araşdırır; ali təhsil sahəsində geyim kodlarının təlim mühitinin formalaşdırılmasında, öyrənmə mühitinin yaxşılaşdırılmasında, həm tələbələr, həm də müəllimlər arasında peşəkarlıq və aidiyyət hissinin təşviq edilməsində oynadığı mühüm rolu araşdırır. Burada geyim qaydaları əlverişli tədris mühitinin saxlanmasına kömək edir və tələbələr akademik şəkildə geyindikdə, diqqəti yayındıran amilləri və
pozuntuları minimuma endirərək, hər kəsin diqqətini öz üzərinə düşən vəzifəyə yönəltməyə imkan verir. Burada Azərbaycanın ali təhsil müəssisələrində və Naxçıvan Dövlət Universitetində tətbiq olunan geyim qaydalarıdır müzakirə edilib, mövzu ilə bağlı təhsil eksperti və psixoloqunun fikirləri əks olunub.
Bundan əlavə, tələbələr arasında geyim tərzinin həqiqətən də tələbələrin akademik fəaliyyətinə və təhsil təcrübəsinə təsir edib-etmədiyi araşdırılıb və “Tələbələrin Geyim Seçimləri və Akademik Performans Araşdırması” adlı sorğunun sualları və bu suallara tələbələrin verdiyi cavablar araşdırılıb.Sorğunun sonunda tələbələrimizin hazırda tətbiq olunan geyim kodu ilə bağlı fikirləri yer
alır. Onların bu mövzuda fikirləri dinlənilmiş, irad və təklifləri buraya əlavə edilmişdir.

Anahtar Kelimeler: Geyim, geyim tərzi, moda, akademik performans, təhsil, ali təhsil, özünə hörmət, özünə inam, peşəkarlıq və sosial qarşılıqlı əlaqə.

Modern Eğitim Sisteminde Aktif Öğrenme Yöntemlerinin Uygulanması

ZÜLFİYYE BABAZADE

ss. 22 - 28   |  DOI: 10.29329/ated.2024.665.3

Özet

              Aktif öğrenme yöntemleri, çeşitli teknolojileri ve etkileşimli araçları kullanarak öğrenme sürecini daha olumlu, eğlenceli ve bağımsız hale getiren öğrenme yöntemlerini ifade eder. Bu yöntemler öğrencilerin daha aktif katılımını, kendi öğrenme hedeflerini özel olarak belirlemelerini ve öğrenme materyalini daha etkili bir şekilde öğrenmelerini sağlar. Makalede aktif öğrenme yöntemlerinin modern eğitim sisteminde uygulanması, yararları, gelişim kapsamı, aktif (etkileşimli) öğrenme yöntemlerinin öğrencilerin gelişiminde ve oluşumunda özel rolü ve önemi vb. tartışılmaktadır. tartışıldı. Eğitim sisteminin geliştirilmesi de dahil olmak üzere eğitimin her yönündeki oluşum sürecinin temellerinin okuldan atıldığı, eğitimin sonraki aşamalarında bu durumun daha da iyileştirilip geliştirildiği bilinmektedir. Aktif öğrenme yöntemleri bunlardan biridir. Modern öğretim süreci öğrencinin kişiliğini oluşturmasına ve bir vatandaş olarak toplumun değerini bilmesine yardımcı olur. Bu açıdan bakıldığında çağımıza bakıldığında, yetişen neslin eğitiminin niteliksel oluşumunda aktif öğrenme yöntemlerinin avantajlarının oldukça büyük olduğu görülebilir.  Aktif öğrenme yöntemleri, öğrencilerin öğrenme sürecinin merkezine yerleşmesini sağlar. Bu da öğrencilerin kendi ilgi alanlarına göre öğrenme fırsatı bulmalarına ve kendilerini daha iyi tanımalarına olanak tanır. Grup çalışmaları gibi aktif öğrenme yöntemleri, öğrencilere işbirliği yapma ve etkili iletişim kurma becerilerini geliştirme fırsatı sunar. Bu da toplum içinde aktif ve işbirlikçi bir şekilde yer almalarına katkı sağlar.  Aktif öğrenme yöntemleri, öğrencilere farklı bakış açılarını anlama ve değerlendirme fırsatı sunar. Bu da empati yeteneklerini artırır ve kültürel farkındalık gelişimine katkıda bulunur.

Anahtar Kelimeler:   Modern eğitim sistemi, aktif öğrenme yöntemi, öğrenci, öğretim süreci, etkileşimli öğrenme.

Anahtar Kelimeler: Modern eğitim sistemi, aktif öğrenme yöntemi, öğrenci, öğretim süreci, etkileşimli öğrenme.

Öğrencilerde Vatandaşlık Kültürünün Oluşma Sürecinin Aşamalı Olarak Organizasyonu ve Bunun Bilimsel ve Pedagojik Kadroların Yetiştirilmesindeki Rolü 

Rumiyye Piriyeva & Aygül Məmmədova

ss. 30 - 37   |  DOI: 10.29329/ated.2024.665.4

Özet

Vatandaşlık kültürünün oluşma süreci ve bu süreçte eğitim sisteminin rolü, çeşitli aşamaları içerir ve bilimsel-pedagojik kadroların yetiştirilmesi bu sürecin önemli bir parçasıdır. Vatandaşlık kültürünün oluşumu, öncelikle temel değerlerin ve bilginin aktarımıyla başlar. Okul müfredatı ve öğretim programları, öğrencilere demokrasi, insan hakları, toplumsal sorumluluk gibi kavramları öğretir ve vurgular. Okul ve sınıf ortamları, öğrencilere birlikte çalışma, saygı, hoşgörü gibi vatandaşlık değerlerini yaşayarak öğrenme fırsatı sunar. Öğrenciler, bu ortamlarda rol model olabilecek öğretmenler ve diğer yetişkinler aracılığıyla bu değerleri gözlemleyerek benimserler. Eğitim sistemi, öğrencilere toplumsal katılımı teşvik etmeli ve bu katılımın bir parçası olarak vatandaşlık haklarını ve sorumluluklarını anlamalarını sağlamalıdır. Bu, öğrencilerin öğrenme deneyimlerini gerçek hayata aktarmalarını ve toplumlarına aktif bir şekilde katkıda bulunmalarını sağlar. Vatandaşlık değerlerinin günlük yaşamla bütünleşmesi önemlidir. Okulda öğrenilen değerlerin, aile, arkadaş çevresi ve toplumda uygulanabilirliği her zaman desteklenmelidir. Bilimsel ve pedagojik kadrolar, vatandaşlık eğitimini güçlendirmek için müfredat ve öğretim programlarını geliştirebilirler. Bu programlar, öğrencilere vatandaşlık değerlerini anlamalarını ve içselleştirmelerini sağlamak için etkili bir şekilde tasarlanmalıdır. Bu kadrolar, öğretmenleri vatandaşlık eğitimi konusunda eğitmek ve desteklemekle sorumludur. Öğretmenlerin pedagojik becerilerini geliştirmek ve sınıf içinde etkili stratejiler kullanmalarını sağlamak önemlidir. Bu şekilde, bilimsel ve pedagojik kadroların etkili bir şekilde rol alması, Azerbaycan eğitim sisteminde vatandaşlık kültürünün oluşum sürecini destekleyebilir ve güçlendirebilir.

 

Anahtar Kelimeler: Öğrenci, Vatandaşlık, Kültür, Bilimsel-Pedagojik Personel, Eğitim.

Yükseköğretim Kurumlarının Stratejik Planlanması

Taleh HALİLOV

ss. 39 - 46   |  DOI: 10.29329/ated.2024.665.5

Özet

Makalede yükseköğretim kurumlarının stratejik planlaması incelenmektedir. Yükseköğretim kurumlarının misyonu ve gelişim hedefleri bilindiğinde, dış zorluklar tanımlandığında ve yükseköğretim kurumunun stratejik rekabet avantajları konusunda net bir fikir oluştuğunda, stratejik planlamaya geçilmesinin uygun olacağı belirlendi. faaliyetlerini, yani uzun vadeli gelişimini planlamayı.

Yükseköğretim kurumlarının gelişimi, stratejik yönetim ilkelerinin uygulanmasına dayanmalıdır, bu süreçte eğitim kurumunun misyonu oluşturulur, stratejik program hazırlanıp uygulanır ve stratejik görevler çözüme kavuşturulur.

Anahtar Kelimeler: Yükseköğretim, stratejik planlama, misyon, vizyon, yönetim, strateji

Yenilikçi Teknolojilerin Uygulanmasıyla Rüzgar Enerjisinin Verimliliğinin Artırılması

Valida Hajiyeva

ss. 48 - 56   |  DOI: 10.29329/ated.2024.665.6

Özet

İktisat literatüründe yenilik kavramıyla ilgili farklı fikirlere rastlamak mümkündür. İnovasyon Latince bir kelime olup “innovato” yenileme, iyileştirme anlamına gelmektedir. Yenilik kavramının tarihsel kökleri nispeten farklı olsa da bu kavrama farklı görüşler ve genel kavramsal yaklaşımlar olmuştur. Yenilik fikrinin ortaya çıkışının çeşitli ekonomik süreçlerle bağlantısının tarihsel bağlamda incelenmesinin daha uygun olduğu düşünülmektedir. Öncelikle bu kavramın oluşumunun tarihsel köklerinin 18. yüzyıla kadar dayandığını belirtmeliyiz. Hatta bu dönemde Fransız entelektüel Jean Condorcet, bilim ve endüstrinin inovasyonla ilişkili olduğunu ve faaliyetleri üzerinde olumlu bir etkisi olduğunu kanıtlamaya çalıştı. Onun görüşlerine göre bilimsel başarılar endüstriyel üretimin, uygulamanın ve ekonomik kalkınma süreçlerinin büyümesi için koşullar oluşturuyor. Yenilikçi teknolojilerin uygulanmasıyla rüzgar enerjisinin verimliliğinin artırılması konusu ele alındı.

Anahtar Kelimeler: Inovasyon, inovasyon derecesi, enerjide inovasyon, yenilenebilir enerji kaynakları, rüzgar enerjisi

Kars Anlaşmasından Şuşa Beyannamesine  (Hukuki  ve Politoloji Olaylar ve Onların Bölge  İçin Önemi)  

Atilla Öztürk

ss. 57 - 67   |  DOI: 10.29329/ated.2024.665.7

Özet

                                    

                              

“Türkiye ile Ermenistan, Azerbaycan ve Gürcistan Arasında Dostluk Antlaşması” gibit tabir edilen Kars anlaşmsı  mevzusunda  giriş, birinci, ikinci, üçüncü ve sonuç  hisseden oluşan  makalede Kars anlaşmasına getiren süreç ve olayalar, kars anlaşmasının imzalanması zamanı yaşanan olaylar, anlaşmanın bölgeye etkileri, Azerbaycan, Gürcistan  ve Ermeni basınında anlaşmanın yankıları, anlaşmadan sonraki devirde hukuki ve siyasi olaylar, anlaşma sonrası bölgenin istikrar ve huzura kavuşması için onem arz eden gelişmeler ele alınmıştır. Aynı zamanda 10 kasım Azerbeycan Ermenistan ve Rusysa Federasiyonu arasında imzalanmış üç taraflı Beyanname, 15 haziran  Azerbeycan ve Türkiye Cumhuriyyetleri arasında imzalanmış Şuşa Beyannamesi, Türkiye  ve Azerbeycanın  ekonomi, ticari,savunma ve savunma sanayisi alanında işbirliği meseleleri, Pakistan, Afganistan, İran ve diğer devletlerle oluşturulmuş ve oluşturulması gereken platformlar kapsamlı şekilde araştırılmıştır.

Bölgedeki gelişmelerin başlangıç tarihinin büyük bir kısmının tarihi Kars anlaşmasının etkilerinden doğduğu, Kars anlaşmasının imzalanması sayesinde Türkiye devletinin bölgede büyük güç olması, Azerbeycanda ve Güney Kafkasyada Türkiyenin mevcut olmasının sözde degil, fiili olarak sahada olması konuları kapsamlı olarak yerli ve yabancı kaynaklarca araştırılmış Kars anlaşmasının doğurduğu hukuksal ve siyasi oluşumlarla ilgili kapsamlı araştırma ve yorumlar yapılmıştır.

Kars anlaşması ve Şuşa Beyannamesinin ortak husuları ve bahs edilen anlaşmaların bölgeye etkileri ve bölge dışı ülkelere etkilerile ilgili tezislere yer verilmiştir. Kars anlaşmasının tarihi özelliklerinden öte onun hukuksal ve siyasi önemi  ve 100 yıl boyunca neden olduğu gelişmeler ele alınmıştır.

Anahtar Kelimeler: Kars, Şuşa, Bildirge, Anlaşma

Günəş Plazmasinin Maqnit Sahəsi ilə Qarşiliqli Təsiri

Billura Hajiyeva

ss. 68 - 77   |  DOI: 10.29329/ated.2024.665.8

Özet

Günəş aktivliyi və onun törəmələri ilə tanışlıq göstərir ki, əsas rolu maqnit sahəsi və onun plazmasının qarşılıqlı təsiri oynayır. Bununla belə, günəş fəaliyyətinin fiziki nəzəriyyəsi hələ də məlum deyil; bununla bağlı yalnız bir sıra fərziyyələr var. Bəzi fərziyyələrə görə, fotosferdə daim müşahidə olunan zəif maqnit sahəsi müəyyən ərazilərdə vaxtaşırı güclənə bilər. Bunun səbəbi bu bölgələrin dibindən gələn konvektiv hərəkətlər nəticəsində maqnit sahəsinin güc xətlərinin zəifləməsi ola bilər. Başqa bir fərziyyəyə görə, maqnit sahəsinin güclənməsi günəşin diferensial fırlanmasının nəticəsi ola bilər; Belə fırlanma nəticəsində meridian boyunca yönəlmiş qüvvə xətləri ekvatora paralel olur və fırlanma zamanı maqnit boruları yarada bilir. Nəticədə daha güclü maqnit sahəsi olan bölgələr maqnit təzyiqi ilə genişləndikdə yüngülləşir və bu da konveksiya zonasından yuxarı təbəqələrə qədər günəş aktivliyinin müxtəlif törəmələrinin əmələ gəlməsinə səbəb ola bilər. Plazma qazının sıxlığı ilə güc xətlərinin sıxlığı artır və maqnit sahəsi də artır. Qaz genişləndikdə isə əks proses baş verir.

Anahtar Kelimeler: Plazma, maqnit sahəsi, günəş atmosferi, ionlaşma

Azerbaycan Cumhuriyeti'ne Bağlı Nahçivan Özerk Cumhuriyeti'nin Hukuki Statüsü

Ismayil Garibli

ss. 77 - 84   |  DOI: 10.29329/ated.2024.665.9

Özet

2024 yılında Azerbaycan Cumhuriyeti'nin ayrılmaz bir parçası olan Nahçıvan'ın özerk cumhuriyet olarak kuruluşunun 100. yılı olacak. Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Sayın İlham Aliyev'in 30 Aralık 2023 tarihli Fermanı uyarınca, Nahçıvan Özerk Cumhuriyeti'nin kuruluşunun Azerbaycan`ın siyasi tarihinde çok önemli bir olay olduğu dikkate alınarak Nahçıvan Özerk Cumhuriyeti'nin 100. yıldönümü geniş çapta kutlanacaktır.

Fermanda belirtildiği gibi, "Nahçıvan bölgesi Azerbaycan'ın asırlık zengin geçmişinde hak ettiği yeri almış, sosyo-politik, bilimsel-kültürel yaşamda eşsiz bir rol oynamıştır. Nahçıvan şehri, Azerbaycan Atabeyleri Devleti - Eldegizler'ın başkentiydi ve İslam medeniyetinin en önemli bilim, kültür ve el sanatları merkezlerinden biri olarak geniş çapta ün kazanmıştı. Acami Nahçıvani tarafından kurulan mimarlık okulunun günümüze kadar ulaşan kalıntıları şimdi Nahçıvan'ın görünümüne ayrı bir güzellik katıyor. Nahçıvan, yüzyıllar boyunca seçkin şahsiyetleriyle Azerbaycan devletçiliğinin, kültürünün ve biliminin ilerlemesine katkıda bulunmuştur. Stratejik konumu, tarihsel olarak Nahçıvan'ı zaman zaman yoğun siyasi mücadelelerin yaşandığı bir alana dönüştürse de, karşılaştığı tüm zorlukların üstesinden kararlılıkla gelmiştir."

Bu makalede Nahçivan Özerk Cumhuriyeti'nin oluşumu ve hukuki statüsü ele alınmaktadır.

Anahtar Kelimeler: Azerbaycan, Nahçıvan, Nahçıvan Özerk Cumhuriyeti, özerklik, hukuki statü, anayasa, Nahçıvan Özerk Cumhuriyeti Anayasası

İkinci Dünya Savaşı Sırasında Nahçıvan'ın Kültürel Gelişim Tarihinden

Gadir Akbarov

ss. 86 - 91   |  DOI: 10.29329/ated.2024.665.10

Özet

Azerbaycan'da Sovyet iktidarının kurulmasından sonra ülke genelinde yaratıcı insanların hayatında önemli değişiklikler meydana geldi. Bu daha çok Bolşevik ideolojinin desteklenmesinde kendini gösterdi. Nahçıvan Özerk Cumhuriyeti'nde sosyalizmin inşası kültür alanında da uygulanmıştır. Özellikle komünist ideolojinin propagandası ilgi odağında tutuldu. Edebi çevrenin çoğu temsilcisi yaratıcılıklarını Sovyet etkisi altında geliştirdi. Ancak Nahçıvanlı şair ve yazarlar da vatana ilişkin, milli ruhla ilgili şiirleriyle basında yer almışlardır. Tüm dünyayı saran İkinci Dünya Savaşı sırasında da kültürel figürler faaliyetlerini sürdürdü. Makalede bu konularla ilgili bazı bilgiler verilmektedir. 1941-1945 yıllarında Nahçıvan'da yaşayan ve savaş cephelerinde savaşan Nahçıvanlılar savaşın dehşetini, faşizmin çirkin yüzünü kalemleriyle ortaya koymuşlardı. Makalede yer alan gerçekler esas olarak arşiv materyallerine dayanarak sunulmaktadır. Çeşitli araştırmacıların yaptığı araştırmalar ve genellemeler, 1930'lu yıllardaki kültür devriminden sonra Nahçıvan'da eğitim, tiyatro ve edebiyat alanında gelişmeler yaşandığını göstermektedir. Karşılaştırma yaptığımızda Azerbaycan'ın ayrılmaz bir parçası olan Nahçıvan'da sadece sosyal alanda değil, edebiyat alanında da sosyalist ideolojinin yanı sıra Azerbaycancılık ideolojisinin de esas alındığını görüyoruz. Bu durum, "Goncheyi-ulfat", "Anjumani-shuera" ve "El'in Aynası" adlı edebiyat meclislerinin faaliyetlerinde kendini göstermiştir. Dolayısıyla Sovyet döneminde ulusal derneklerde birleşmek çok zor ve imkansızdı. Çünkü bu birliklerde gündeme gelen konular Sovyetlerin emperyal politikasına karşı da yöneltilebiliyordu.

Anahtar Kelimeler: Kültür, edebiyat, şiir, şair, edebiyat ortamı, İkinci Dünya Savaşı

Naxçıvanın Qədim Qala Şəhərlərinin Öyrənilməsi Tarixi

Rəsul Bağırov

ss. 92 - 99   |  DOI: 10.29329/ated.2024.665.11

Özet

Məqalə Azərbaycandavə bütövlükdə Cənubi Qafqazda e.ə. III-II minilliklərdə baş verən iqtisadi, ictimai və siyasi dəyişikliklərin, eləcə də etnik formalaşma prosesi kimi çox aktual problemlərin dərindən və hərtərəfli tədqiq olunması üçün Naxçıvanın qədim qala şəhər abidələri çox dəyərli elmi qaynaqlar olmasından  bəhs edilir.

Naxçıvanın tunc və ilk dəmir dövrü qala şəhər tipli yaşayış yerləri və istehkam abidələrinin tədqiqi Azərbaycanın qədim tarixşünaslığında və memarlıq tarixində həllini uzun müddət tapmamış bir çox problem məsələlərin öyrənilməsi üçün lazımi elmi imkanlar vermişdir.

Məqalədə Naxçıvanın qala – şəhər tipli yaşayış yerlərində hər şeydən əvvəl, Azərbaycanda qədim-şəhər mədəniyyətinin meydana gəlməsi formalaşması səciyyəvi xüsusiyyətləri öz əksini tapmışdır. Abidələrdə aşkara çıxarılmış müdafiə sədləri, qala bürcləri, narınqalalar, daş döşənmiş küçələr, dulusçuluq və metalişləmə emalatxanaları, ibadətgahlar, e.ə. II-I minillikdə Naxçıvan ərazisində ilkin dövlət elementlərinin inkişaf tapdığı haqqında yeni fikir söyləməyə imkan verir.

Anahtar Kelimeler: Qala. İstehkam. Abidə. Yaşayış yeri. Oğlanqala. Sədərək Qalası. Sum Qalası. Nəhəcir Qalası.

Nahçivan Özerk Cumhuriyeti'ndeki Kütüphanelerin Metodolojik Yönetiminin Tarihi ve Güncel Durumu 

Şerebani Mammadova

ss. 100 - 109   |  DOI: 10.29329/ated.2024.665.12

Özet

Makalede Nahçıvan Özerk Cumhuriyeti'ndeki kütüphanelerin yönetiminde MKS'den bahsediliyor ve onların bölge kütüphanelerine yöntemsel yardımları ve tavsiyeleri gösteriliyor. Kütüphanecilik alanında kapsamlı değişikliklerin yaşandığı modern çağımızda, kütüphanelerin yeni görev ve gerçeklere göre yönetilmesi, modern teknik yetenekler ve yeni hizmet yöntemlerinin uygulanması, yöntemsel hizmet sisteminin en önemli sorunlarıdır. Makalede kütüphane alanında hizmet kalitesinin artırılması, özellikle de bilimsel-metodik faaliyetlerin yeni yöntemlere göre düzenlenmesinin önemine dikkat çekilir. Nahçivan Özerk Cumhuriyeti'nde kütüphane çalışmalarının metodik olarak sağlanmasının optimize edilmesi, kütüphane hizmetinin radikal bir şekilde yenilenmesini sağlayan ana faktör olarak kabul edilmektedir.

Anahtar Kelimeler: kütüphane, Nahçıvan, modernizasyon, metodik hizmet, yenilik

1905-1907-çi İllərin Rus İnqilabı Dövründə Naxçıvan Hadisələri

Abdulla Mustafayev

ss. 109 - 118   |  DOI: 10.29329/ated.2024.665.13

Özet

Məqalənin yazılmasında əsas məqsəd çar Rusiyasının Qacarlar və Osmanlı dövlətləri ilə apardığı müharibələr, bu müharibələrin nəticəsində imzalanmış Gülüstan (1813), Türkmənçay (1828), Ədirnə (1829) sülh müqavilələrinin müvafiq maddələrinə əsasən ermənilərin köçürülərək Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan torpaqlarında yerləşdirilmələrindən sonra Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasətini araşdırmaqdır. Məqalədə qeyd edilmişdir ki, çar Rusiyası tərəfindən qədim Azərbaycan torpaqlarında, o cümlədən Naxçıvanda yerləşdirilən ermənilər bütün baş verən proseslərdən ruhlanaraq “Böyük Ermənistan” yaratmaq xülyalarına qapılmış və bu süni ideya uğrunda mübarizəyə başlayaraq qısa zamanda yerli əhaliyə qarşı zorakılıq hərəkətləri tətbiq etmiş, onları sıxışdırmaqla doğma yurd-yuvalarından didərgin salmışlar.

XX əsrin əvvəllərində istər siyasi, istər iqtisadi, istərsə də təşkilati cəhətdən hazırlıqlarını tamamlayan mənfur ermənilər Azərbaycanın əksər bölgələrində, o cümlədən Naxçıvanda 1905-1907-ci illərdə qırğınlar həyata keçirdilər. Bakıda uğradıqları məğlubiyyətin əvəzini Naxçıvanda çıxmağa çalışan ermənilər həm İrəvan ermənilərindən, həm də çar Rusiyasının bölgədə yerləşdirilən məmurlarının köməkliyi ilə qırğınlar törətmiş, talanlar etmişlər. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həmin dövrdə baş verən hadisələr barədə məlumatlar çox azdır. Belə ki, bir sıra dövri mətbuat səhifələrində olan yazılardan, M. S. Ordubadinin şahid ifadələri əsasında yazdığı “Qanlı illər”, M. M. Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərlərindən başqa demək olar ki, mənbələr yox dərəcəsindədir. O dövrün hadisələrini özündə əks etdirən məlumatların azlığının səbəblərindən biri kimi, sovet dönəmində Azərbaycanda olan arxiv idarələrində çalışan ermənilərin həmin mənbələri məhv etməsi kimi göstərilmişdir.

Sonda belə bir nəticəyə gəlinmişdir ki, tarixi gerçəkləri saxtalaşdırmağa, təhrif etməyə adət etmiş ermənilər guya ki, 1915-ci ildə Osmanlı dövləti ərazisində soyqırıma uğradıqlarını dünya dövlətlərini inandırmağa çalışaraq əslində Anadolu, Cənubi və Şimali Azərbaycan ərazisində, o cümlədən mövzumuzun obyekti olan Naxçıvanda türklərə qarşı həyata keçirdikləri soyqırım və deportasiya siyasətini ört-basdır etməyə çalışırlar. Lakin ermənilərin bütün səylərinə baxmayaraq, Osmanlı, Azərbaycan, Rusiya, İngiltərə və dünyanın digər dövlətlərinin arxivlərində bu gün də saxlanılmaqda olan materiallar, hətta erməni müəlliflərinin əsərlərində olan məlumatlar əslində ermənilər tərəfindən türk əhalisinə qarşı soyqırımı siyasətinin həyata keçirildiyini sübut edir. 

Anahtar Kelimeler: Böyük Ermənistan, Soyqırımı, Naxçıvan hadisələri, Çar Rusiyası, Türksüz Ermənistan

XX Əsrin Əvvəllərində Naxçıvanda Erməni-Daşnak Təcavüzünə Qarşı Naxçıvanskilərin (Kəngərlilərin) Mübarizəsi

İlqar Kəngərli

ss. 119 - 125   |  DOI: 10.29329/ated.2024.665.14

Özet

Naxçıvanskilər (Kəngərlilər) Azərbaycanın hərb tarixinə 6 general bəxş etmişdir.

XX əsrin əvvəllərində erməni-daşnaklar Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhaliyə qarşı qırğınlar törətməklə bölgəni ələ keçirməyə çalışmışdılar. Həmin dövrdə Kəngərlilər, Naxçıvanskilər başda olmaqla qəhrəman Vətən oğulları ayağa qalxaraq Naxçıvanı erməni-daşnak təcavüzündən qorumağa nail olmuşdular.

1905-1906-cı illərdə ermənilərin Naxçıvana qarşı təcavüzünün qarşısının alınmasında Kəngərli nəslindən olan Cəfərqulu xan, Davud xan, Cəmşid xan, Ehsan xan Naxçıvanskilərin çox böyük xidmətləri olmuşdur.

1917-ci ildə çarizmin devrilməsindən sonra Qafqazdakı qeyri-sabitlikdən istifadə edən daşnak quldur dəstələri Andranikin, Njdenin, Dronun, Doluxanovun, başçılığı altında Naxçıvana hücumlar etdilər. Həmin dövrdə Cəfərqulu xan, Rəhim xan, Kalbalı xan, İsgəndər bəy, Böyük xan Naxçıvanskilər, Vəli Ağa, İbrahim paşa Kəngərlilər Naxçıvanda və yerlərdə Milli Komitə və silahlı qüvvələr yaratdılar.

1917-1921-ci illərdə erməni-daşnaklara qarşı xalq müqavimətini təşkil edən əsas qüvvələr Kəngərlilər, Naxçıvanskilərin nümayəndələri olmuşdur. Həmin dövrdə Cəfərqulu xan və digər rəhbərlər bölgənin xilas olunması yolunu Türk qoşunlarının Naxçıvana gəlməsində görürdülər.

1918-ci il mayın ortalarında Türk qoşunlarının Naxçıvana gəlməsi ilə bölgə təhlükədən xilas ola bildi.

1919-cu ilin sonu-1920-ci ilin əvvəllərində Naxçıvana ermənilərin hücumları yenidən intensivləşdi. Bu dövrdə də Cəfərqulu xan, Kalbalı xan, Rəhim xan Naxçıvanskilər sovet işğalına qədər Naxçıvanda əsas hərbi-siyasi qüvvəyə çevrilmişdilər.

Bölgənin bolşeviklərin əlinə keçməsi ilə bir çox nəsillər kimi, Kəngərli-Naxçıvanskilərin də faciəli dövrü-repressiya və sürgünlər dövrü başlandı.

Anahtar Kelimeler: Naxçıvan, Kəngərli, Naxçıvanski, Xan, Osmanlı, Türk ordusu, Erməni-daşnaklar, Soyqırım, Sovet işğalı

Naxçivan Folklor Nümayəndələri Olan Aşiqlarin Yaradiciliğinda Estetik Tərbiyənin Tədrisi və Inkişafi

Sevda Kerimova

ss. 126 - 137   |  DOI: 10.29329/ated.2024.665.15

Özet

Yüksək inkişaf edən pedaqogika cəmiyyət hаdisələrində оlаn gözəl­lik­lərin, komponentlərin, incə düşüncələrin, estetik görüşlərin  xüsusiy­yətlərini öy­rə­nir”. Estetik tərbiyə də ana təbiət ilə cəmiyyət hаdi­səlrinin gözəlliklərini öyrənən estetikаyа əsаs­lаnır.. Ali məktəbdə “Azərbaycan şifahi xalq ədəbiyyatı”, və “Pedaqogika” fənninin tədrisində estetik tərbiyə məsələləri də xüsusi əhəmiyyətə malikdir. Naxçıvan aşıqla­rı­nın yaradıcılığında estetik tərbiyə ilə bağlı olduğuna görə bunun ali məktəbdə tədrisi məsələ­lə­rin­dən bəhs edilir. El qızlarına məxsus və estetik tərbiyəni şəkilləndirən estetik gözəllik əlamətləri, yəni məftunedici baxışları, gözəlin hörüklərinin uzunluğu, dərisinin bəyazlığı, onun ağca maya olması  Naxçıvan aşığı Ululu Kərimin Şahbuzun Keçil kəndinin qızlarının zahiri gözəlliklərinin tərənnümünə həsr etdiyi gəraylısında öz estetik təsvirini bədii çalarlarla tapmışdır. Naxçıvan aşıqlarından Aşıq Əli Xanxanım oğlunun estetik gözəllik anlayışına münasibəti digərlərinə nisbətən daha real və həyatidir. Aşıq yaradıcılığından hər bir gənc (istər oğlan, istərsə də qız) öz sevgilisinə qarşı müsbət əxlaq və davranış qaydalarını da mənimsəyir. Aşiq olduğu gözəli naz-qəmzəli görmək, bu gözəllik ədasını layiqincə qiymətləndirmək, onun dərdinə yanmaq, qəminə şərik olmaq kimi batini gözəllik əlamətləri aşıq şeirinin əsas aparıcı mövzularındandır. Bu mövzuların gənc nəslə aşılanması onların estetik şüurunun, estetik zövqün və estetik dünyagörüşünün inkişafında xüsusi pedaqoji əhəmiyyətə malikdir.

Anahtar Kelimeler: estetik tərbiyə, aşıq, qoşma, gözəl, xalq

Naxçivan MR Ərazisində Yetişən Alma və Armud Meyvələrinin Antioksidant Aktivliyinin Tədqiqi

Surə Rəhimova & Elsad Ismayilov

ss. 138 - 144   |  DOI: 10.29329/ated.2024.665.16

Özet

Normal metabolizm zamanı bədənimiz tərəfindən aktiv oksigen törəmələri adlanan əlavə məhsullar istehsal olunur. Bununla belə, bəzi xarici mənbələrdən sərbəst radikalların təsirinə də məruz qala bilərik; Siqaret çəkmək, ətraf mühitin çirklənməsi, kimyəvi maddələr və toksinlər aktiv oksigen istehlakını artırır. Aktiv oksigen törəmələrinin və ya sərbəst radikalların səviyyəsinin artırılması oksidləşdirici stress yaradır ki, bu da maddələr mübadiləsinin pozulmasına,  zülal və DNT-nin zədələnməsinə səbəb olur. Məqalədə Naxçıvan MR ərazisində yetişən alma və armud meyvələrinin antioksidant aktivliyinin tədqiqi nəticələri verilmişdir. İnsan üçün çox faydalı meyvələrdən olan alma və armudun bir sıra mühüm xüsusiyyətləri araşdırılmış və nəticələr məqalədə öz əksini tapmışdır. Naxçıvan MR ərazisində yayılmış alma sort və formaları əsasən 3 qrupa bölünür.Tədqiqat obyekti olaraq seçilmiş qırmızı müşki sortu muxtar respublika ərazisində geniş yayılmışdır və yay sortudur.Tədqiqat obyekti olaraq alma və armud meyvələri seçilmiş, tədqiqat işi DPPH metodikası əsasında aparılmışdır.Yaylıq sort olan Abbasbeyi armud sortu həmçinin tədqiqat obyekti olaraq seçilmişdir. Naxçıvan MR ərazisində ən geniş yayılmış qədim yerli sortlardandır. Sort haqqında məlumatlar toplanmış və müəyyən edilmişdir ki, aprel ayında çiçəkləyir. Meyvəsi iridir, kütləsi 180-220 q, meyvənin hündürlüyü 80-85 mm-dir. Qabığı nazik, rəngi tünd sarı, azacıq qırmızıdır. Götürülən nümunələr üçün SC50 qiyməti hesablanmışdır. Armud meyvəsi üçün SC50 qiyməti 6,73 ± 0,065, alma üçün 0,86 ± 0,032 alınmışdır. Alınan nəticələrdən aydın olur ki, armud meyvələrinin antioksidant aktivliyi alma meyvəsindən yüksəkdir.

Anahtar Kelimeler: Antioksidant, meyvə, DPPH, etanol, ekstrakt

Naxçivan Ədəbi Mühiti Nümayəndələrinin Poeziyasinda Satirik Üslubun Bədii Dil Xüsusiyyətləri

Mehriban Əsədullasoy

ss. 146 - 157   |  DOI: 10.29329/ated.2024.665.17

Özet

XX əsrin əvvəllərində Azərbaycanın ictimai - siyasi mənzərəsində baş verən tarixi hadisələr ədəbiyyata da təsir etmiş, poeziya üçün mənbə rolunu oynamışdır. Azərbaycanda satira ənənələrinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərmiş “Molla Nəsrəddin” jurnalı ictimai oyanış, intibah ideyalarının təşəkkülündə əvəzsiz rol oynamış, mürəkkəb ictimai - siyasi proseslərdə milli birlik, milli dil kimi maraqlara xidmət mövqeyində fəaliyyət göstərmiş, milli oyanış hərəkatının daim ön sıralarında dayanan, sözünün ecazkar qüdrətinə inanaraq avamlıq, mədəni geriliklə fədakarcasına mübarizə aparan qələm əhlini sonadək dəstəkləmişdir. Bu dövrdə satirik üslubda yazılan şeirlərin mövzu dairəsi hərtərəfli və əhatəli olduğu kimi, bədii təsvir vasitələri ilə də bir o qədər də zəngindir. İnqilabi demokratik fikirlərini xalq dilinin canlı ifadələri ilə təqdim edən şairlər dünyadan bixəbər olmaq, cəhalət yuxusundan ayılmaq kimi məsələlərdə birləşmiş, dil, ifadə nöqteyi – nəzərindən formalaşmış ədəbi dilin satira üslubunda poeziya nümunələri yazmışdırlar. Mollanəsrəddinçi şairlərin inqilabi mövzularda yazdığı şeirlərdə fikir sərbəstliyi, sərbəst şeirin imkanlarından bəhrələnmə, gerçəkliyin əks olunmasına fəal estetik mövqedən yanaşılma özünü göstərmiş, sənət dilinin keyfiyyətinə diqqət edilmiş, sərbəst fikirlərin ahəngi əsasında inqilabi ruhda poeziya nümunələri ərsəyə gəlmişdir. Sosial həyatda görmək istəmədikləri ictimai eybəcərlikləri tənqid hədəfinə çevirən mollanəsrəddinçi şairlər satiranın gücündən məharətlə istifadə etmişdilər. Satirik şeirlərdə milli oyanış hərəkatı aparıcı mövzuya çevrilmiş, ictimai mühitlə birbaşa bağlı olmuş, həyatın hər bir dəyişikliyinə sadə dildə münasibət göstərilmiş, təbiilik və kolorit qorunub saxlanılmışdır. Satira dilinin lüğət tərkibi əvvəlki dövrlərə nisbətən ümumxalq dilinin ifadə imkanlarını ictimai – siyasi həyatdakı dinamakaya uyğun əks etdirmişdir.

Anahtar Kelimeler: Ədəbi Mühit, Bədii Dil, Poeziya Dili, Satirik Dil, Dil və Üslub

Müstəqillik İllərində Naxçıvanda Uşaq  Ədəbiyyatının Əsas İnkışaf İstiqamətləri

Nezaket Ismayilova

ss. 157 - 165   |  DOI: 10.29329/ated.2024.665.18

Özet

Azərbaycan Respublikasının əldə etdiyi müstəqillikdən sonra uşaq ədəbiyyatı sahəsində yeni səpkili əsərlərin yazılmasına meyil artmışdır. Azərbaycan uşaq ədəbiyyatının son onilliklərdəki nailiyyətlərinə diqqət yetrirdikdə bir daha bizə aydın olur ki, söz sənətimizin bu sahəsinin məhsuldarlığı inkişaf edir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı bütün istiqamətlərdə ciddi formalaşma prosesinə başladı. Azərbaycan Respublikası təhsil sistemində, təhsilin forma və məzmununda köklü dəyişikliklər etmək  üçün ümummilli lider H. Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” təsdiq edildi. Bu proqramın  mahiyyət və  məzmunundan və ümumiyyətlə, təhsilin dövlət həyatında oynadığı  əvəzsiz rolundan danışarkən ümummilli liderimiz demişdir.    “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz  millətinin elmini mədəniyyətini dünya standartlarına çatdırsın, o millət hər şeydən çox təhsilə fikir verməli, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır.   Biz bu yolda  gedirik. Əmin ola bilərsiniz ki, bu yolla gedəcəyik”. Son illərdə Naxçıvan ədəbi mühitində uşaq ədəbiyyatı ilə bağlı xeyli əsərlər yazılmışdır. Bunlardan “Uşaqlar və günəş” şeirlər, poemalar, hekayə və povestlər toplusunda əsasən, Naxçıvanda yaşayıb- yaradan şair və yazıçıların əsərləri toplanmışdır. Bundan başqa Naxçıvan  Muxtar Respublikası Yazıcılar Birliyinin 2012-ci ildə kecirilmiş konfransında  Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq tərtib edilmiş Tədbirlər Planına əsasən Uşaq ədəbiyyatına  aid dörd kitab cap edilmişdir. Bunlardan “Poema və pyeslər”,(2014) “Təmsillər”,(2014) “Şeirlər”,(2017) “Şeir və hekayələr”(2014) Bu əsərlərin hamısı uşaq ədəbiyyatının inkişafına və zənginləşməsinə xidmət edir.  Kitabda cap olunmuş bu əsərlərdə uşaq ədəbiyyatı ictimai və sosial məzmunu ilə öz ərazisini xeyli genişləndirmişdir. Uşaq şeirində qədim yurd yerlərimizin şəhidlərimizin, milli qəhrəmanlarımızın obrazını uşaq ədəbiyyatına gətirməklə gələcək nəsillərə örnək əsərlər yaratmalıyıq.

Anahtar Kelimeler: Naxçıvan, uşaq ədəbiyyaı, şeir, poema, təmsil, ədəbi mühit

Müəllimin Pedaqoji Fəaliyyətinin Etik və Spesifik Xüsusiyyətləri

Kifayət Huseynova

ss. 166 - 171   |  DOI: 10.29329/ated.2024.665.19

Özet

İşlədiyimiz mövzu müasir  müəllimin   formalaşmasında  etik və  pedaqoji ideyaların və mənəvi  əqidənini böyük   rol oynamasından bəhs  edir.  Mövzuda  əsasən  ictimai  mühütün müəllim  şəxsiyyətinin   inkişafında  və formalaş-masında  mühüm amil kimi  çıxış  etməsi qeyd  olunmuşdur.

 İnsan  şəxsiyyətinin formalaşmasına təsir edən  irsiyyət, mühit və tərbiyə  amillərinin  qarşılıqlı  münasibəti  mətndə mühüm  rol oynayır.

Burada  həmçinin  müəllim -şagird  münasibətlərinin mahiyyəti və məzmunu,  müəllimin  pedaqoji fəaliyyəti, maarifçi, həm pedaqoq, həm də  psixoloq olması  qeyd  olunmuşdur. Müəllim  şagirdin  yaxın  köməkçisi olmalı, tərbiyə  prosesində  şagird  üçün  ideala çevrilməlidir.

Mövzuda dahi pedaqoqların fikirlərindən istifadə edilmişdir. Pedaqoqlardan Y.Talıbov, Makarenko, Komenski, Suxomlinski və başqalarının pedaqoji etika haqqında məqalədə bir çox maraqlı fikirləri vardır. Suxomlinski “Ürəyimi uşaqlara verirəm” əsərində pedaqoji etika və estetika barədə çox geniş ideyalar irəli sürmüşdür. İşlədiyimiz məqalədə müəllim şəxsiyyətinin formalaşmasında pedaqoji etikanın və mənəvi tərbiyənin əsas rol oynadığı da vurğulanmışdır.

Müəllim mənəvi münasibətlər dünyasında səhvə yol verə bilməz. Ona görə ki, müəllimin kiçik bir nöqsanı, kiçik bir hərəkəti şagirdlərin gözündən qaçmır. Müəllimin səsindəki titrəyiş, ahəng, sərtlik və s uşağa dərhal təsir edir.

Müəllim üçün bütün uşaqlar əziz olmalıdır. Müəllimin təbəssümü və sevinci şagirdlərin qəlbində xeyirxahlıq, insanlıq münasibətləri, məhəbbət gözlərində isə qığılcım yaradır. Müəllim peşəsi bütün peşələrin anası hesab olunur. Müəllim gənc nəsli həyata hazırlayır. Müəllim sadəlik,  təvazökarlıq, nəzakət, mənəvi saflıq, ideallıq rəmzidir. Müəllim nəsillərin ömrünü bir-birinə qaynaq edəndir. Müəllim bilməlidir ki, nüfuzu öz zəhməti ilə, əməyi və biliyi sayəsində əldə edir. Müəllim əməyi məhsuldar əməkdir. Müəllimlərin atesstasiyası bir daha göstərir ki, qabaqcıl və işgüzar müəllimlər müasir dövrün tələblərinə tamamilə cavab verirlər.Onlar gənc nəslin təlim-tərbiyəsində yorulmaq bilmədən çalışırlar.  

Anahtar Kelimeler: Müəllim, etik, pedaqoji, ideya, mənəvi, fəlsəfə, əqidə, iradə humanist, beynəlmiləl, peşə, psixologiya