|  ISSN: 2687-5314

Orjinal Araştırma Makalesi | Anadolu Türk Eğitim Dergisi 2024, Cil. 6(1) 109-118

1905-1907-çi İllərin Rus İnqilabı Dövründə Naxçıvan Hadisələri

Abdulla Mustafayev

ss. 109 - 118   |  DOI: https://doi.org/10.29329/ated.2024.665.13   |  Makale No: MANU-2403-11-0002

Yayın tarihi: Haziran 05, 2024  |   Okunma Sayısı: 11  |  İndirilme Sayısı: 57


Özet

Məqalənin yazılmasında əsas məqsəd çar Rusiyasının Qacarlar və Osmanlı dövlətləri ilə apardığı müharibələr, bu müharibələrin nəticəsində imzalanmış Gülüstan (1813), Türkmənçay (1828), Ədirnə (1829) sülh müqavilələrinin müvafiq maddələrinə əsasən ermənilərin köçürülərək Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan torpaqlarında yerləşdirilmələrindən sonra Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasətini araşdırmaqdır. Məqalədə qeyd edilmişdir ki, çar Rusiyası tərəfindən qədim Azərbaycan torpaqlarında, o cümlədən Naxçıvanda yerləşdirilən ermənilər bütün baş verən proseslərdən ruhlanaraq “Böyük Ermənistan” yaratmaq xülyalarına qapılmış və bu süni ideya uğrunda mübarizəyə başlayaraq qısa zamanda yerli əhaliyə qarşı zorakılıq hərəkətləri tətbiq etmiş, onları sıxışdırmaqla doğma yurd-yuvalarından didərgin salmışlar.

XX əsrin əvvəllərində istər siyasi, istər iqtisadi, istərsə də təşkilati cəhətdən hazırlıqlarını tamamlayan mənfur ermənilər Azərbaycanın əksər bölgələrində, o cümlədən Naxçıvanda 1905-1907-ci illərdə qırğınlar həyata keçirdilər. Bakıda uğradıqları məğlubiyyətin əvəzini Naxçıvanda çıxmağa çalışan ermənilər həm İrəvan ermənilərindən, həm də çar Rusiyasının bölgədə yerləşdirilən məmurlarının köməkliyi ilə qırğınlar törətmiş, talanlar etmişlər. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həmin dövrdə baş verən hadisələr barədə məlumatlar çox azdır. Belə ki, bir sıra dövri mətbuat səhifələrində olan yazılardan, M. S. Ordubadinin şahid ifadələri əsasında yazdığı “Qanlı illər”, M. M. Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərlərindən başqa demək olar ki, mənbələr yox dərəcəsindədir. O dövrün hadisələrini özündə əks etdirən məlumatların azlığının səbəblərindən biri kimi, sovet dönəmində Azərbaycanda olan arxiv idarələrində çalışan ermənilərin həmin mənbələri məhv etməsi kimi göstərilmişdir.

Sonda belə bir nəticəyə gəlinmişdir ki, tarixi gerçəkləri saxtalaşdırmağa, təhrif etməyə adət etmiş ermənilər guya ki, 1915-ci ildə Osmanlı dövləti ərazisində soyqırıma uğradıqlarını dünya dövlətlərini inandırmağa çalışaraq əslində Anadolu, Cənubi və Şimali Azərbaycan ərazisində, o cümlədən mövzumuzun obyekti olan Naxçıvanda türklərə qarşı həyata keçirdikləri soyqırım və deportasiya siyasətini ört-basdır etməyə çalışırlar. Lakin ermənilərin bütün səylərinə baxmayaraq, Osmanlı, Azərbaycan, Rusiya, İngiltərə və dünyanın digər dövlətlərinin arxivlərində bu gün də saxlanılmaqda olan materiallar, hətta erməni müəlliflərinin əsərlərində olan məlumatlar əslində ermənilər tərəfindən türk əhalisinə qarşı soyqırımı siyasətinin həyata keçirildiyini sübut edir. 

Anahtar Kelimeler: Böyük Ermənistan, Soyqırımı, Naxçıvan hadisələri, Çar Rusiyası, Türksüz Ermənistan


Bu makaleye nasıl atıf yapılır?

APA 6th edition
Mustafayev, A. (2024). 1905-1907-çi İllərin Rus İnqilabı Dövründə Naxçıvan Hadisələri . Anadolu Türk Eğitim Dergisi, 6(1), 109-118. doi: 10.29329/ated.2024.665.13

Harvard
Mustafayev, A. (2024). 1905-1907-çi İllərin Rus İnqilabı Dövründə Naxçıvan Hadisələri . Anadolu Türk Eğitim Dergisi, 6(1), pp. 109-118.

Chicago 16th edition
Mustafayev, Abdulla (2024). "1905-1907-çi İllərin Rus İnqilabı Dövründə Naxçıvan Hadisələri ". Anadolu Türk Eğitim Dergisi 6 (1):109-118. doi:10.29329/ated.2024.665.13.

Kaynakça
  1. Arzumanlı V., Mustafa N. (1998). Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, Qartal nəşriyyatı: 218 səh. [Google Scholar]
  2. Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f.267. [Google Scholar]
  3. Nəvvab M.M. (1993). 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, “Azərbaycan nəşriyyatı”, “Şuşa” şirkəti”: 90 səh. [Google Scholar]
  4. Ordubadi M.S. (1991). Qanlı illər. 1905-1907-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, QXYK: 144 s. [Google Scholar]