Orjinal Araştırma Makalesi | Anadolu Türk Eğitim Dergisi 2024, Cil. 6(1) 1-10
Salatin Haciyeva
ss. 1 - 10 | DOI: https://doi.org/10.29329/ated.2024.665.1 | Makale No: MANU-2405-23-0001.R1
Yayın tarihi: Haziran 04, 2024 | Okunma Sayısı: 34 | İndirilme Sayısı: 320
Özet
Azərbaycan təhsil siyasətinin əsas vəzifəsi onun fundamentallığının qorunması, şəxsiyyətin, cəmiyyətin və dövlətin aktual və perspektiv tələbatlarının nəzərə alınması əsasında təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Təhsilin modernləşdirilməsi siyasi və ümummilli məsələdir. Cəmiyyətin və dövlətin təhsil sahəsində maraqları təhsil sisteminin bu sahədə öz maraqları ilə həmişə üst- üstə düşmür və buna görə də təhsilin modernləşdirilməsi və inkişafı istiqamətlərinin müəyyənlənləşdirilməsi təhsil ictimaiyyəti və təhsil şöbələri çərçivəsində məhdudlaşdırıla bilməz. Azərbaycan cəmiyyətinin bütün vətəndaşları, ailə və valideyn cəmiyyətləri, dövlət hakimiyyət orqanları, yerli özünüidarəetmə orqanları, peşə - pedaqoji ictimaiyyət, elmi, mədəni, kommersiya və ictimai institutlar bütövlükdə təhsil siyasətinin fəal subyektlərinə çevrilməlidir. Təhsilin modernləşdirilməsinin əsas məqsədi təhsil sisteminin davamlı inkişafı mexanizmini yaratmaqdır. Müasir şəraitdə təhsilin rolunun artması onunla bağlıdır ki, postindustial dövrdə sosial – iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilən insan kapitalının inkişafını və yenidən istehsalını təmin edir. Psixoloji və pedaqoji anlayışlara əsasən insan kapitalı mütəxəssisin sosial və peşəkar səriştəsi kimi müəyyən edilə bilər. Bu, müxtəlif şəxsi və peşə vəzifələrini məsuliyyətlə və səmərəli həll etməyə hazırlıq və qabiliyyəti təmin edən bilik və təcrübə, dəyərli şəxsi – peşə keyfiyyətləri kimi ortaya çıxır. A. Mehrabovun vurğuladığı kimi, təhsilin modernləşdirilməsinin əsas istiqamətlərindən biri də insan kapitalının inkişafı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə insan kapitalı milli sərvətin 70-80 %-ni təşkil edir. Bu da həmin ölkələrdə gənclərin, eləcə də əhalinin hamısının həyat boyu təhsillənməsinin inkişafını ön plana çəkir.
Anahtar Kelimeler: Açar sözlər: təhsil, modernləşmə, müasir dövr, inkişaf, cəmiyyət
Bu makaleye nasıl atıf yapılır? |
---|
APA 6th edition Harvard Chicago 16th edition |
Kaynakça |
---|
|