Orjinal Araştırma Makalesi | Anadolu Türk Eğitim Dergisi 2024, Cil. 6(1) 11-21
Solmaz Cabbarova & Nigar Babayeva
ss. 11 - 21 | DOI: https://doi.org/10.29329/ated.2024.665.2 | Makale No: MANU-2405-20-0003
Yayın tarihi: Haziran 05, 2024 | Okunma Sayısı: 34 | İndirilme Sayısı: 109
Özet
Xülasə
Bu araşdırma geyim tərzinin əhəmiyyətini, həyatın müxtəlif sahələrinə təsirini, tələbələrin geyim seçimləri ilə onların ali təhsil müəssisələrində akademik performansları və təhsil təcrübələri arasında çoxşaxəli əlaqənin olub- olmamasını araşdırır. Mövcud ədəbiyyatın və tədqiqatların hərtərəfli nəzərdən keçirilməsi yolu ilə bu məqalə geyim kodlarının tələbələrin özünə hörmət, özünə
inam, sosial qarşılıqlı əlaqə və peşəkarlıq qavrayışına potensial təsirini araşdırır; ali təhsil sahəsində geyim kodlarının təlim mühitinin formalaşdırılmasında, öyrənmə mühitinin yaxşılaşdırılmasında, həm tələbələr, həm də müəllimlər arasında peşəkarlıq və aidiyyət hissinin təşviq edilməsində oynadığı mühüm rolu araşdırır. Burada geyim qaydaları əlverişli tədris mühitinin saxlanmasına kömək edir və tələbələr akademik şəkildə geyindikdə, diqqəti yayındıran amilləri və
pozuntuları minimuma endirərək, hər kəsin diqqətini öz üzərinə düşən vəzifəyə yönəltməyə imkan verir. Burada Azərbaycanın ali təhsil müəssisələrində və Naxçıvan Dövlət Universitetində tətbiq olunan geyim qaydalarıdır müzakirə edilib, mövzu ilə bağlı təhsil eksperti və psixoloqunun fikirləri əks olunub.
Bundan əlavə, tələbələr arasında geyim tərzinin həqiqətən də tələbələrin akademik fəaliyyətinə və təhsil təcrübəsinə təsir edib-etmədiyi araşdırılıb və “Tələbələrin Geyim Seçimləri və Akademik Performans Araşdırması” adlı sorğunun sualları və bu suallara tələbələrin verdiyi cavablar araşdırılıb.Sorğunun sonunda tələbələrimizin hazırda tətbiq olunan geyim kodu ilə bağlı fikirləri yer
alır. Onların bu mövzuda fikirləri dinlənilmiş, irad və təklifləri buraya əlavə edilmişdir.
Anahtar Kelimeler: Geyim, geyim tərzi, moda, akademik performans, təhsil, ali təhsil, özünə hörmət, özünə inam, peşəkarlıq və sosial qarşılıqlı əlaqə.
Bu makaleye nasıl atıf yapılır? |
---|
APA 6th edition Harvard Chicago 16th edition |
Kaynakça |
---|
|