Orjinal Araştırma Makalesi | Anadolu Türk Eğitim Dergisi 2024, Cil. 6(1) 119-125
İlqar Kəngərli
ss. 119 - 125 | DOI: https://doi.org/10.29329/ated.2024.665.14 | Makale No: MANU-2403-11-0002
Yayın tarihi: Haziran 05, 2024 | Okunma Sayısı: 9 | İndirilme Sayısı: 52
Özet
Naxçıvanskilər (Kəngərlilər) Azərbaycanın hərb tarixinə 6 general bəxş etmişdir.
XX əsrin əvvəllərində erməni-daşnaklar Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhaliyə qarşı qırğınlar törətməklə bölgəni ələ keçirməyə çalışmışdılar. Həmin dövrdə Kəngərlilər, Naxçıvanskilər başda olmaqla qəhrəman Vətən oğulları ayağa qalxaraq Naxçıvanı erməni-daşnak təcavüzündən qorumağa nail olmuşdular.
1905-1906-cı illərdə ermənilərin Naxçıvana qarşı təcavüzünün qarşısının alınmasında Kəngərli nəslindən olan Cəfərqulu xan, Davud xan, Cəmşid xan, Ehsan xan Naxçıvanskilərin çox böyük xidmətləri olmuşdur.
1917-ci ildə çarizmin devrilməsindən sonra Qafqazdakı qeyri-sabitlikdən istifadə edən daşnak quldur dəstələri Andranikin, Njdenin, Dronun, Doluxanovun, başçılığı altında Naxçıvana hücumlar etdilər. Həmin dövrdə Cəfərqulu xan, Rəhim xan, Kalbalı xan, İsgəndər bəy, Böyük xan Naxçıvanskilər, Vəli Ağa, İbrahim paşa Kəngərlilər Naxçıvanda və yerlərdə Milli Komitə və silahlı qüvvələr yaratdılar.
1917-1921-ci illərdə erməni-daşnaklara qarşı xalq müqavimətini təşkil edən əsas qüvvələr Kəngərlilər, Naxçıvanskilərin nümayəndələri olmuşdur. Həmin dövrdə Cəfərqulu xan və digər rəhbərlər bölgənin xilas olunması yolunu Türk qoşunlarının Naxçıvana gəlməsində görürdülər.
1918-ci il mayın ortalarında Türk qoşunlarının Naxçıvana gəlməsi ilə bölgə təhlükədən xilas ola bildi.
1919-cu ilin sonu-1920-ci ilin əvvəllərində Naxçıvana ermənilərin hücumları yenidən intensivləşdi. Bu dövrdə də Cəfərqulu xan, Kalbalı xan, Rəhim xan Naxçıvanskilər sovet işğalına qədər Naxçıvanda əsas hərbi-siyasi qüvvəyə çevrilmişdilər.
Bölgənin bolşeviklərin əlinə keçməsi ilə bir çox nəsillər kimi, Kəngərli-Naxçıvanskilərin də faciəli dövrü-repressiya və sürgünlər dövrü başlandı.
Anahtar Kelimeler: Naxçıvan, Kəngərli, Naxçıvanski, Xan, Osmanlı, Türk ordusu, Erməni-daşnaklar, Soyqırım, Sovet işğalı
Bu makaleye nasıl atıf yapılır? |
---|
APA 6th edition Harvard Chicago 16th edition |
Kaynakça |
---|
|