Orjinal Araştırma Makalesi | Açık Erişim
Anadolu Türk Eğitim Dergisi 2024, Clt. 6(1) 92-99
ss. 92 - 99 | DOI: https://doi.org/10.29329/ated.2024.665.11
Yayın Tarihi: Haziran 05, 2024 | Görüntüleme Sayısı: 59/130 | İndirilme Sayısı: 80/155
Özet
Məqalə Azərbaycandavə bütövlükdə Cənubi Qafqazda e.ə. III-II minilliklərdə baş verən iqtisadi, ictimai və siyasi dəyişikliklərin, eləcə də etnik formalaşma prosesi kimi çox aktual problemlərin dərindən və hərtərəfli tədqiq olunması üçün Naxçıvanın qədim qala şəhər abidələri çox dəyərli elmi qaynaqlar olmasından bəhs edilir.
Naxçıvanın tunc və ilk dəmir dövrü qala şəhər tipli yaşayış yerləri və istehkam abidələrinin tədqiqi Azərbaycanın qədim tarixşünaslığında və memarlıq tarixində həllini uzun müddət tapmamış bir çox problem məsələlərin öyrənilməsi üçün lazımi elmi imkanlar vermişdir.
Məqalədə Naxçıvanın qala ' şəhər tipli yaşayış yerlərində hər şeydən əvvəl, Azərbaycanda qədim-şəhər mədəniyyətinin meydana gəlməsi formalaşması səciyyəvi xüsusiyyətləri öz əksini tapmışdır. Abidələrdə aşkara çıxarılmış müdafiə sədləri, qala bürcləri, narınqalalar, daş döşənmiş küçələr, dulusçuluq və metalişləmə emalatxanaları, ibadətgahlar, e.ə. II-I minillikdə Naxçıvan ərazisində ilkin dövlət elementlərinin inkişaf tapdığı haqqında yeni fikir söyləməyə imkan verir.
Anaktar kelimeler: Qala. İstehkam. Abidə. Yaşayış yeri. Oğlanqala. Sədərək Qalası. Sum Qalası. Nəhəcir Qalası.
APA 7th edition
Bagirov, R. (2024). Naxçıvanın Qədim Qala Şəhərlərinin Öyrənilməsi Tarixi. Anadolu Türk Eğitim Dergisi, 6(1), 92-99. https://doi.org/10.29329/ated.2024.665.11
Harvard
Bagirov, R. (2024). Naxçıvanın Qədim Qala Şəhərlərinin Öyrənilməsi Tarixi. Anadolu Türk Eğitim Dergisi, 6(1), pp. 92-99.
Chicago 16th edition
Bagirov, Rəsul (2024). "Naxçıvanın Qədim Qala Şəhərlərinin Öyrənilməsi Tarixi". Anadolu Türk Eğitim Dergisi 6 (1):92-99. https://doi.org/10.29329/ated.2024.665.11