Araştırma Makalesi | Açık Erişim
Anadolu Türk Eğitim Dergisi 2024, Clt. 6(1) 126-137
ss. 126 - 137 | DOI: https://doi.org/10.29329/ated.2024.665.15
Yayın Tarihi: Haziran 05, 2024 | Görüntüleme Sayısı: 16/97 | İndirilme Sayısı: 28/120
Özet
Yüksək inkişaf edən pedaqogika cəmiyyət hаdisələrində оlаn gözəlliklərin, komponentlərin, incə düşüncələrin, estetik görüşlərin xüsusiyyətlərini öyrənir'. Estetik tərbiyə də ana təbiət ilə cəmiyyət hаdisəlrinin gözəlliklərini öyrənən estetikаyа əsаslаnır.. Ali məktəbdə 'Azərbaycan şifahi xalq ədəbiyyatı', və 'Pedaqogika' fənninin tədrisində estetik tərbiyə məsələləri də xüsusi əhəmiyyətə malikdir. Naxçıvan aşıqlarının yaradıcılığında estetik tərbiyə ilə bağlı olduğuna görə bunun ali məktəbdə tədrisi məsələlərindən bəhs edilir. El qızlarına məxsus və estetik tərbiyəni şəkilləndirən estetik gözəllik əlamətləri, yəni məftunedici baxışları, gözəlin hörüklərinin uzunluğu, dərisinin bəyazlığı, onun ağca maya olması Naxçıvan aşığı Ululu Kərimin Şahbuzun Keçil kəndinin qızlarının zahiri gözəlliklərinin tərənnümünə həsr etdiyi gəraylısında öz estetik təsvirini bədii çalarlarla tapmışdır. Naxçıvan aşıqlarından Aşıq Əli Xanxanım oğlunun estetik gözəllik anlayışına münasibəti digərlərinə nisbətən daha real və həyatidir. Aşıq yaradıcılığından hər bir gənc (istər oğlan, istərsə də qız) öz sevgilisinə qarşı müsbət əxlaq və davranış qaydalarını da mənimsəyir. Aşiq olduğu gözəli naz-qəmzəli görmək, bu gözəllik ədasını layiqincə qiymətləndirmək, onun dərdinə yanmaq, qəminə şərik olmaq kimi batini gözəllik əlamətləri aşıq şeirinin əsas aparıcı mövzularındandır. Bu mövzuların gənc nəslə aşılanması onların estetik şüurunun, estetik zövqün və estetik dünyagörüşünün inkişafında xüsusi pedaqoji əhəmiyyətə malikdir.
Anaktar kelimeler: estetik tərbiyə, aşıq, qoşma, gözəl, xalq
APA 7th edition
Kerimova, S. (2024). Naxçivan Folklor Nümayəndələri Olan Aşiqlarin Yaradiciliğinda Estetik Tərbiyənin Tədrisi və Inkişafi. Anadolu Türk Eğitim Dergisi, 6(1), 126-137. https://doi.org/10.29329/ated.2024.665.15
Harvard
Kerimova, S. (2024). Naxçivan Folklor Nümayəndələri Olan Aşiqlarin Yaradiciliğinda Estetik Tərbiyənin Tədrisi və Inkişafi. Anadolu Türk Eğitim Dergisi, 6(1), pp. 126-137.
Chicago 16th edition
Kerimova, Sevda (2024). "Naxçivan Folklor Nümayəndələri Olan Aşiqlarin Yaradiciliğinda Estetik Tərbiyənin Tədrisi və Inkişafi". Anadolu Türk Eğitim Dergisi 6 (1):126-137. https://doi.org/10.29329/ated.2024.665.15