|  ISSN: 2687-5314

Orjinal Araştırma Makalesi | Anadolu Türk Eğitim Dergisi 2024, Cil. 6(1) 146-157

Naxçivan Ədəbi Mühiti Nümayəndələrinin Poeziyasinda Satirik Üslubun Bədii Dil Xüsusiyyətləri

Mehriban Əsədullasoy

ss. 146 - 157   |  DOI: https://doi.org/10.29329/ated.2024.665.17   |  Makale No: MANU-2405-07-0003.R1

Yayın tarihi: Haziran 05, 2024  |   Okunma Sayısı: 21  |  İndirilme Sayısı: 95


Özet

XX əsrin əvvəllərində Azərbaycanın ictimai - siyasi mənzərəsində baş verən tarixi hadisələr ədəbiyyata da təsir etmiş, poeziya üçün mənbə rolunu oynamışdır. Azərbaycanda satira ənənələrinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərmiş “Molla Nəsrəddin” jurnalı ictimai oyanış, intibah ideyalarının təşəkkülündə əvəzsiz rol oynamış, mürəkkəb ictimai - siyasi proseslərdə milli birlik, milli dil kimi maraqlara xidmət mövqeyində fəaliyyət göstərmiş, milli oyanış hərəkatının daim ön sıralarında dayanan, sözünün ecazkar qüdrətinə inanaraq avamlıq, mədəni geriliklə fədakarcasına mübarizə aparan qələm əhlini sonadək dəstəkləmişdir. Bu dövrdə satirik üslubda yazılan şeirlərin mövzu dairəsi hərtərəfli və əhatəli olduğu kimi, bədii təsvir vasitələri ilə də bir o qədər də zəngindir. İnqilabi demokratik fikirlərini xalq dilinin canlı ifadələri ilə təqdim edən şairlər dünyadan bixəbər olmaq, cəhalət yuxusundan ayılmaq kimi məsələlərdə birləşmiş, dil, ifadə nöqteyi – nəzərindən formalaşmış ədəbi dilin satira üslubunda poeziya nümunələri yazmışdırlar. Mollanəsrəddinçi şairlərin inqilabi mövzularda yazdığı şeirlərdə fikir sərbəstliyi, sərbəst şeirin imkanlarından bəhrələnmə, gerçəkliyin əks olunmasına fəal estetik mövqedən yanaşılma özünü göstərmiş, sənət dilinin keyfiyyətinə diqqət edilmiş, sərbəst fikirlərin ahəngi əsasında inqilabi ruhda poeziya nümunələri ərsəyə gəlmişdir. Sosial həyatda görmək istəmədikləri ictimai eybəcərlikləri tənqid hədəfinə çevirən mollanəsrəddinçi şairlər satiranın gücündən məharətlə istifadə etmişdilər. Satirik şeirlərdə milli oyanış hərəkatı aparıcı mövzuya çevrilmiş, ictimai mühitlə birbaşa bağlı olmuş, həyatın hər bir dəyişikliyinə sadə dildə münasibət göstərilmiş, təbiilik və kolorit qorunub saxlanılmışdır. Satira dilinin lüğət tərkibi əvvəlki dövrlərə nisbətən ümumxalq dilinin ifadə imkanlarını ictimai – siyasi həyatdakı dinamakaya uyğun əks etdirmişdir.

Anahtar Kelimeler: Ədəbi Mühit, Bədii Dil, Poeziya Dili, Satirik Dil, Dil və Üslub


Bu makaleye nasıl atıf yapılır?

APA 6th edition
Əsədullasoy, M. (2024). Naxçivan Ədəbi Mühiti Nümayəndələrinin Poeziyasinda Satirik Üslubun Bədii Dil Xüsusiyyətləri . Anadolu Türk Eğitim Dergisi, 6(1), 146-157. doi: 10.29329/ated.2024.665.17

Harvard
Əsədullasoy, M. (2024). Naxçivan Ədəbi Mühiti Nümayəndələrinin Poeziyasinda Satirik Üslubun Bədii Dil Xüsusiyyətləri . Anadolu Türk Eğitim Dergisi, 6(1), pp. 146-157.

Chicago 16th edition
Əsədullasoy, Mehriban (2024). "Naxçivan Ədəbi Mühiti Nümayəndələrinin Poeziyasinda Satirik Üslubun Bədii Dil Xüsusiyyətləri ". Anadolu Türk Eğitim Dergisi 6 (1):146-157. doi:10.29329/ated.2024.665.17.

Kaynakça
  1. Axundov, A., Məhərrəmova, R., İsmayılova, G., Aslanov, V., Məmmədov, M., Əlizadə, A., Parənci, F. (2007). Azərbaycan ədəbi dili tarixi. Dörd cilddə. IV cild. Bakı, Şərq – Qərb. [Google Scholar]
  2. Cavid, H. (2005). Əsərləri. Bеş cilddə. I cild, Bakı, Lidеr. [Google Scholar]
  3. Xudiyev, N. (2012). Azərbaycan ədəbi dili tarixi. Bakı, Elm və təhsil. [Google Scholar]
  4. Qədimov, Ə. (2009). Qurbanəli Şərifzadənin həyatı və yaradıcılıq yolu. Bakı, Elm və təhsil. [Google Scholar]
  5. Qədimov, Ə. (2019). Əli Məhbus və əsərləri. Bakı, Nurlan. [Google Scholar]
  6. Qəmküsar, Ə. (2006). Seçilmiş əsərləri. Bakı, Şərq - Qərb. [Google Scholar]
  7. Məmmədquluzadə C. (2004). Əsərləri. Dörd cilddə. I cild. Bakı, Öndər. [Google Scholar]
  8. Məmmədov, M. (2005). XX əsr Azərbaycan şeiri antologiyası (1905 – 1920 – ci illər). Bakı, Şərq – Qərb. [Google Scholar]
  9. Orucəliyev İ. (2012). Cavidi xatırlarkən(Hüseyn Cavid haqqında məqalə və xatirələr toplusu). Bakı, Zərdabi.  [Google Scholar]