Orjinal Araştırma Makalesi | Anadolu Türk Eğitim Dergisi 2024, Cil. 6(1) 157-165
Nezaket Ismayilova
ss. 157 - 165 | DOI: https://doi.org/10.29329/ated.2024.665.18 | Makale No: MANU-2404-24-0001.R1
Yayın tarihi: Haziran 05, 2024 | Okunma Sayısı: 16 | İndirilme Sayısı: 64
Özet
Azərbaycan Respublikasının əldə etdiyi müstəqillikdən sonra uşaq ədəbiyyatı sahəsində yeni səpkili əsərlərin yazılmasına meyil artmışdır. Azərbaycan uşaq ədəbiyyatının son onilliklərdəki nailiyyətlərinə diqqət yetrirdikdə bir daha bizə aydın olur ki, söz sənətimizin bu sahəsinin məhsuldarlığı inkişaf edir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı bütün istiqamətlərdə ciddi formalaşma prosesinə başladı. Azərbaycan Respublikası təhsil sistemində, təhsilin forma və məzmununda köklü dəyişikliklər etmək üçün ümummilli lider H. Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” təsdiq edildi. Bu proqramın mahiyyət və məzmunundan və ümumiyyətlə, təhsilin dövlət həyatında oynadığı əvəzsiz rolundan danışarkən ümummilli liderimiz demişdir. “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini mədəniyyətini dünya standartlarına çatdırsın, o millət hər şeydən çox təhsilə fikir verməli, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. Biz bu yolda gedirik. Əmin ola bilərsiniz ki, bu yolla gedəcəyik”. Son illərdə Naxçıvan ədəbi mühitində uşaq ədəbiyyatı ilə bağlı xeyli əsərlər yazılmışdır. Bunlardan “Uşaqlar və günəş” şeirlər, poemalar, hekayə və povestlər toplusunda əsasən, Naxçıvanda yaşayıb- yaradan şair və yazıçıların əsərləri toplanmışdır. Bundan başqa Naxçıvan Muxtar Respublikası Yazıcılar Birliyinin 2012-ci ildə kecirilmiş konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq tərtib edilmiş Tədbirlər Planına əsasən Uşaq ədəbiyyatına aid dörd kitab cap edilmişdir. Bunlardan “Poema və pyeslər”,(2014) “Təmsillər”,(2014) “Şeirlər”,(2017) “Şeir və hekayələr”(2014) Bu əsərlərin hamısı uşaq ədəbiyyatının inkişafına və zənginləşməsinə xidmət edir. Kitabda cap olunmuş bu əsərlərdə uşaq ədəbiyyatı ictimai və sosial məzmunu ilə öz ərazisini xeyli genişləndirmişdir. Uşaq şeirində qədim yurd yerlərimizin şəhidlərimizin, milli qəhrəmanlarımızın obrazını uşaq ədəbiyyatına gətirməklə gələcək nəsillərə örnək əsərlər yaratmalıyıq.
Anahtar Kelimeler: Naxçıvan, uşaq ədəbiyyaı, şeir, poema, təmsil, ədəbi mühit
Bu makaleye nasıl atıf yapılır? |
---|
APA 6th edition Harvard Chicago 16th edition |
Kaynakça |
---|
|